Blinken Çin lideri ilə görüşdü

Blinken Çin lideri ilə görüşdü

ÇXR sədri Si Cinpin Pekində ABŞ diplomatiyasının rəhbəri Antoni Blinkenlə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

ÇXR lideri ABŞ dövlət katibini aprelin 26-da günortadan sonra Pekində Xalq Yığıncaqları Sarayında qəbul edib. Görüşün digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Antoni Blinken bundan öncə Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşmüşdü.

Qeyd edək ki, ABŞ dövlət katibi aprelin 24-də Çinə işgüzar səfərə gəlib. Səfərə ilk olaraq Şanxaydan başlayan Antoni Blinkenin bu gün Birləşmiş Ştatlara qayıdacağı gözlənilir.

"Cebhe.info"