Şoyqudan şok açıqlama: “Ukraynada münaqişəyə səbəb...”

Şoyqudan şok açıqlama: “Ukraynada münaqişəyə səbəb...”

“Vaşinqton Ukraynada münaqişəyə səbəb olub və bu gün onu fəal şəkildə uzatmaqla qlobal dominantlığı saxlamaq üçün heç nədən əl çəkməyəcəyini göstərir”.

"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Müdafiə nazirlərinin görüşündə çıxış edən Şoyqu bildirib ki, ABŞ əvvəlcə Ukrayna münaqişəsinə səbəb olub, indi isə bilərəkdən onu uzadır.

Yüksək səviyyəli müdafiə rəsmisi əlavə edib ki, Vaşinqton öz məqsədlərinə çatmaq üçün tərəfdaşları da daxil olmaqla, görünməmiş təzyiqlər edir, onları öz xidmətçilərinə çevirir.

Şoyqunun sözlərinə görə, Birləşmiş Ştatların suveren dövlətlərin işlərinə qarışması, o cümlədən arzuolunmaz rejimləri dəyişdirməsi ilə bağlı çoxlu nümunələr var. Nazir “Bunlar İraq, Əfqanıstan, Liviya və Suriyadır” deyə sadalayıb.

Nigar Hacılı 
 "Cebhe.info"