Qadınlar iki gün sonra Trampı həbs etdirəcəklər

Qadınlar iki gün sonra Trampı həbs etdirəcəklər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı Nyu -York prokurorunun onu həbs edəcəyini bildirib.

Buna səbəb onunla cinsi əlaqədə olduğunu iddia edən qadınlara pul ödəməsi ilə bağlı ittihamlardır.

Cebhe.info xəbər verir ki, “Truth” sosial media saytındakı bir yazıda Tramp Manhetten Dairə Prokurorluğundan əldə etdiyi məlumatlara əsasən həbs ediləcəyini deyib.

Bununla bağlı ABŞ-ın eks-prezidenti tərəfdarlarını etiraza çağırıb. O, həmçinin demokrat Co Baydenə uduzduğu 2020-ci il prezident seçkilərinin “oğurlandığı” ilə bağlı uzun müddətdir davam edən iddiasını təkrarlayıb. Tramp tərəfdarlarını “etiraz etməyə, dövlətimizi geri almağa” çağırıb.

Keçmiş ABŞ prezidentinin ittiham edilib-edilməməsi ilə bağlı mümkün səsvermə də daxil olmaqla, iş üzrə Andılılar Heyəti üçün heç bir vaxt açıqlanmayıb.

Mətbuat yazır ki, 76 yaşlı Trampa qarşı ittiham aktı onun biznes, siyasi və şəxsi münasibətləri ilə bağlı illərlə aparılan araşdırmalardan sonra qeyri-adi hadisə olar.

Manhettendə məhkəmə Trampın keçmiş vəkili Maykl Koen də daxil olmaqla, onun 2016-cı ildə iki qadına pul ödədiyini iddia edən şahidləri dinləyir.

ABŞ-ın keçmiş prezidenti bu cür görüşlərin baş verdiyini inkar edir. O, səhv bir hərəkət etmədiyini iddia edir və istintaqı 2024-cü il prezidentlik kampaniyasını pozmaq istəyən demokrat prokurorun “cadugər ovu” adlandırır.

Koen bildirib ki, Trampın göstərişi ilə o, porno ulduz Stormi Daniels və playboy modeli Karen Makduqala 280 min dollar məbləğində ödəniş edib.

Vəkilin fikrincə, bu ödənişlər onlara o zaman ilk prezidentlik kampaniyası aparan Trampla əlaqələri barədə susmaq qarşılığında ödənilib.

Xəzər
Cebhe.info