Nazir: "Azərbaycan dilində səlist danışan gənclik yetişdirilməlidir"

Nazir: "Azərbaycan dilində səlist danışan gənclik yetişdirilməlidir"

"Məktəbdə həmişə 5 və aşağı qiymətlər alanlar olacaq, amma bütün şagirdlərin milli dəyərlər baxımından əla qiymət alması hədəflənməlidir" .

"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, həmçinin Azərbaycan dilində səlis danışan gənclik formalaşdırmaq üçün çalışmaq lazımdır:

“Artıq azad olunan ərazilərdə məktəb və bağçalar fəaliyyət göstərir. Ümumilikdə 20 təhsil müəssisəsində 2 300-dən çox şagird təhsil alır”.

Nigar Abdullayeva
"Cebheinfo.az"