Tramp Səudiyyə Ərəbistana gedib

Tramp Səudiyyə Ərəbistana gedib

ABŞ Prezidenti Donald Tramp mayın 13-16-da üç ölkəyə Yaxın Şərq turnesinin ilk mərhələsində Səudiyyə Ərəbistana gəlib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Trampın Səudiyyə Ərəbistana ilk rəsmi dövlət səfəri zamanı Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyi və Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda iştirak edəcəyi gözlənilir.

Trampın səfəri zamanı ikitərəfli və regional ticarət, siyasi və hərbi məsələlər müzakirə olunacaq.

ABŞ mətbuatının yazdığına görə, Tramp Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır, Səudiyyə administrasiyası isə 600 milyard dollar investisiya vəd edir.

Səfər zamanı ABŞ və Səudiyyə Ərəbistanı arasında mühüm ticarət və silah müqavilələrinin imzalanması gözlənilir.

ABŞ Prezidenti həmçinin Səudiyyə Ərəbistanı rəsmiləri ilə regional və beynəlxalq məsələləri müzakirə edəcək.

ABŞ və İran arasında nüvə danışıqları, Yəməndəki husilərin vəziyyəti, Qəzzada atəşkəsin bərqərar olması, İsraillə münasibətlər, Ukrayna-Rusiya müharibəsindəki vəziyyət kimi bir çox məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

Nigar Hacılı 
"Cebheinfo.az"