Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

"Yeni tədris ili üçün Qarabağ Universitetinə 1300-1400 tələbənin qəbulu proqnozlaşdırılır". 

"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən "Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bununla da universitetdə təhsil alan tələbə sayı 2 500-ə çatacaq.

Nigar Abdullayeva
"Cebheinfo.az"