Bu gün IX Muğam Televiziya Müsabiqəsi başlayır

Bu gün IX Muğam Televiziya Müsabiqəsinə start veriləcək.
Bu barədə APA-ya layihənin icraçı direktoru İlqar Fəhmi məlumat verib.
O bildirib ki, bu il IX Muğam Televiziya Müsabiqəsinə 20 nəfər gənc, 10 nəfər uşaq seçilib.
İcraçı direktor qeyd edib ki, təxminən 3 ay ərzində Bakıda və bölgələrdə dinləmələr keçiriləcək. Final mərhələsi isə avqust ayına nəzərdə tutulur.
Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci il dönümüdür.
“Cebheinfo.az”