Qəzzada öldürülən jurnalistlərin sayı açıqlandı

Qəzzada öldürülən jurnalistlərin sayı açıqlandı

Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində İsrail ordusunun Nasser xəstəxanasına təşkil etdiyi hücumda biri jurnalist də daxil olmaqla iki fələstinli həyatını itirib.

İsrailin Qəzzada 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 215-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail ordusunun gecə yarısı Nasser Xəstəxanasında əməliyyat otaqlarının yerləşdiyi binanı birbaşa hədəfə aldığını və ilkin məlumata görə, 2 nəfərin öldüyü, tibb işçiləri və xəstələrin yaralandığı bildirilib. Bildirilib ki, xəstəxanalara təkrar hücumlar İsrailin səhiyyə sisteminə daha da zərər vurmaq, hətta xəstəxanalarda yaralı və xəstələrin müalicəsini hədələmək “məqsədi”ni ortaya qoyub.

Fələstin xəbər agentliyi WAFA, daha əvvəl başqa bir hücumda yaralanan və xəstəxanada müalicə alan jurnalist Həsən Əbdülfəttah İslihin öldüyünü, bəzi xəstələrin isə yaralandığını bildirib. Hökumətin Qəzzadakı mətbuat ofisindən verilən yazılı açıqlamada, “Aləm24” xəbər agentliyində direktor vəzifəsində çalışan İslihin vəfatı ilə 7 oktyabr 2023-cü ildən Qəzzada İsrailin hücumlarında həyatını itirən jurnalistlərin sayının 215-ə yüksəldiyi qeyd edilib. Bəyanatda İsrail tərəfindən fələstinli jurnalistlərin sistematik şəkildə hədəfə alınması və öldürülməsi ən sərt şəkildə pislənilib və dünyanın bütün media qurumlarını Qəzzada jurnalistlərə qarşı bu sistematik cinayətləri pisləməyə çağırıb.

Nigar Hacılı 
"Cebheinfo.az