Rusiya Qarabağda əməliyyatın başlayacağından xəbərdar idi?-AÇIQLAMA

Rusiya Qarabağda əməliyyatın başlayacağından xəbərdar idi?-AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycandan Rusiya hakimiyyətinin Qarabağda hərbi əməliyyatın başlaması barədə əvvəlcədən məlumatlandırıldığı barədə yayılan xəbərlərə münasibət bildirib.

Cebhe.info “Moskovski Komsomolets”-ə istinadən xəbər verir ki, Peskov “Əvvəlcədən xəbərdar edildiyimizi təsdiq edə bilmərəm”,- deyib.

Peskov xatırladıb ki, Rusiya tərəfinin səyləri sayəsində bir gün əvvəl Laçın yolu açılıb. Humanitar yüklərin ilk daşımaları dünən hər iki istiqamətdə həyata keçirilib: “Ancaq sonra döyüşlər başladı və malların çatdırılması dayandırıldı”.

Xəzər
Cebhe.info