Rusiyanın itkiləri açıqlandı: Vəziyyət ağırdır

Ukrayna ilə müharibədə 25 528 rus hərbçisi öldürülüb.
Cebhe.info xəbər verir ki, araşdırmalar müharibə başlayandan bəri “Mediazona”, BBC Rus Xidməti və könüllülər qrupu tərəfindən aparılır.
Öldürlənlər arasında 2498 nəfər səfərbərliyə çağırılanlardır. Məhbuslar müəyyən edilmiş itkilərin ən əhəmiyyətli kateqoriyası olaraq qalır.
Ölənlərin əksəriyyəti Krasnodar, Sverdlovsk, Çelyabinsk, Başqırdıstan, Buryatiya və Volqoqrad vilayətindəndir.
Təsdiqlənmiş itkilər arasında Rusiya ordusunun və digər hüquq-mühafizə orqanlarının 2150-dən çox zabiti də var. Onlardan 251 nəfəri polkovnik-leytenant və ondan yuxarı rütbədədir.
Rusiya Müdafiə Nazirliyi şəxsi itkilərlə bağlı məlumatları açıqlamır və jurnalistlərin verdiyi rəqəmləri şərh etmir.
Birləşmiş Ştatlar isə yanvar ayında Rusiyanın Ukraynada itkilərini 270-300 min ölü və yaralı kimi qiymətləndirmişdi.
Naibə
Cebhe.info