Ukrayna “Neptun” kompleksi üçün raketin yeni modifikasiyası üzərində işləyir - VİDEO

Ukrayna “Neptun” kompleksi üçün raketin yeni modifikasiyası üzərində işləyir.
APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini, general-leytenant İvan Qavrilyuk bildirib.
Qavrilyukun sözlərinə görə, “Neptun” raketinin yeni versiyasının yaradılması üzərində iş davam edir.
Yerli “Defense Express” hərbi xəbər portalının fikrincə, güman etmək olar ki, söhbət “R-360” raketinin “Neptun” kompleksinə uyğunlaşdırılmasından gedir. Bununla da yerüstü hədəflərin məhv edilməsi nəzərdə tutulur.
Yeni raketin ehtimal olunan uçuş məsafəsi 400 kilometrə və döyüş başlığının çəkisi 350 kiloqrama çata bilər.
Cebhe.info