Yeni xəstəlik tüğyan edir

Yeni xəstəlik tüğyan edir

Son 3 həftə ərzində Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyinə yoluxanların sayı artıb.

"Cebhe.info" xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyindən bildirilib ki, ölkənin müxtəlif bölgələrində yoluxucu “qırmızı göz” xəstəliyindən əziyyət çəkənlərin sayı sürətlə artır.

Məlumatda son 3 həftə ərzində yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi qeyd edilib.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin insanların sıx olduğu fabriklər, bazarlar və meydanlar kimi yerlərdə daha sürətlə yayıldığı barədə xəbərdarlıq ediblər.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları ayırmalı olduqlarını vurğulayıblar.

Nigar Hacılı 
"Cebhe.info"