Anar Vəziroğlu: “Mənə mənfi rəy yazanlar…”

Son günlər ölkə gündəmini Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verlişinin eksperti, şair və yazıçı Anar Vəziroğlu zəbt edib.
Belə ki, verilişdə ekspert qismində çıxış edən şair Anar Vəziroğlu proqrama gələn qonaqlarla qalmaqal yaşayır.
Nəticədə onun çıxışı ölkədə qızğın müzakirələrə səbəb olur.
Şair və yazıçı Anar Vəziroğlu “Cebhe.info”-ya danışaraq müzakirələrə aydınlıq gətirib:
“Mən söz adamıyam, 61 yaşım var. Kiminsə istəyinə, xətrinə uyğun danışası deyiləm. Məni tanıyanlar bilir necə insanam, az yaşım yoxdur. Efirə özünü apara bilməyən insanların nöqsanlarını gördükdə ona iradımı bildirirəm.
Özümü kiminsə xoşuna gələcək tərzdə aparmıram. 17 il Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollecdə tələbələrə dərs keçmişəm, məni tanıyanlar bilir necə insanam.
Hazırda mənə mənfi rəy yazan insanlar məhz dərs vaxtı 2 qiyməti yazdığım tələbələrdir. Sanki məndən qisas almış olurlar, üzümə deyə bilmədikləri sözləri, rəy bölməsində yazmış olurlar”.
Xatırladaq ki, A.Vəziroğlu “Elgizlə izlə” verlişində Nüşabə Musayeva, Mənzurə və digər müğənnilərlə qalmaqal yaşamışdı.
Həsən Məmmədov
“Cebhe.info”