Harvard Universitetində atışma

ABŞ-nin Massaçusets ştatındakı Harvard Universitetinin şəhərciyində atəş səsləri eşidildikdən sonra universitet əməkdaşları və tələbələr üçün təhlükəsizlik tədbirləri görülüb.
"Cebheinfo.az" xəbər verir ki, Bostondakı Harvard Universitetinin şəhərciyindəki metro stansiyasında atəş səsləri eşidildikdən sonra məktəb rəhbərliyi elektron poçt vasitəsilə xəbərdarlıq mesajı göndərib.
Tələbələrə və işçilərə göndərilən e-poçtda hər kəsdən bir müddət öz yerlərində qalmaları və indiki yerlərini tərk etməmələri istənilib, metrodan istifadə edən bəzi sərnişinlər isə təhlükəsizlik səbəbi ilə avtobuslara yönləndirilib.
Xəbərdarlıq mesajında polisin Harvard Meydanı metro stansiyası yaxınlığında şübhəli şəxsi axtardığı bildirilib.
Mesajda hadisə nəticəsində yaralanan və ya ölənlərin olub-olmaması ilə bağlı hər hansı məlumat verilməyib.
Hadisə universitetə yaxın ərazidə metro xidmətlərində gecikmələrə səbəb olub.
Nigar Hacılı
"Cebheinfo.az"