İsrail ordusu Livanın cənubuna hücum edib

İsrail Livanla atəşkəs razılaşmasını pozmaqda davam edir.
İsrail ordusu Livanın cənubuna 3 hava hücumu həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, hücumlarda ən azı 2 nəfər həyatını itirib.
Futbol sahəsinə yaxın bir nöqtədə həyata keçirilən hücumda futbolçular hücuma əhəmiyyət vermədən matçı davam etdirib.Hücumdan sonra meydandan tüstü qalxması bir tamaşaçı tərəfindən qeydə alınıb.Hücumlardan biri meşəyə baxan restoranın yaxınlığında baş verib.Müştərilər hücum səbəbilə restorandan qaçarkən, bəziləri hücumu qeydə alıb.
Nigar Hacılı
"Cebheinfo.az"