Mbappe "Barselona" ilə oyunda iştirak edə biləcək

"Real" klubunun futbolçusu Kilian Mbappe "Barselona"ya qarşı İspaniya Kubokunun final oyununda iştirak edə biləcək.
"Report" "Tiempo de Juego" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu tam sağalmağa və meydana qayıtmağa hazırdır.
O, evdə İngiltərə təmsilçisi "Arsenal"a uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında sağ topuğundan zədələnmişdi.
Qeyd edək ki, "Barselona" - "Real" oyunu aprelin 26-da Sevilyada keçiriləcək.
"Cebheinfo.az"