Qəzzada ölənlərin sayı artıb

Qəzzada ölənlərin sayı artıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 51 min 240 nəfərə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 39 nəfər ölüb, 62 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 864 fələstinlinin həyatını itirdiyi, 4 890 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 240 nəfərə, yaralı sayının isə 116 min 931 nəfərə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"