Xərçəng xəstələri dərmansız qalıb

Xərçəng xəstələri dərmansız qalıb

ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni tariflər ABŞ-də dərman qıtlığı yarada, o cümlədən xərçəng dərmanlarının qıtlığına səbəb ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Financial Times” əczaçılıq sənayesi rəsmilərinə istinadən yazıb.

“General dərman istehsalçıları xəbərdarlıq ediblər ki, ABŞ-nin əczaçılıq məhsullarına rüsumları xərçəngin müalicəsi də daxil olmaqla dərman qıtlığına səbəb ola bilər”, - deyə nəşr yazır.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, dərman çatışmazlığı artıq 2024-cü ilin birinci rübündə ABŞ-də rekord həddə çatıb. Xüsusilə ölkənin səhiyyə sistemi aşağı gəlirli dərman çatışmazlığından əziyyət çəkir.

Qəzetin yazdığına görə, ABŞ-yə gətirilən dərmanların əhəmiyyətli bir hissəsi Hindistanda istehsal olunur və təsiredici maddələr Çindən alınır.

Qəzet xatırladır ki, əczaçılıq məhsulları hələ də Amerikanın yeni tariflərindən təsirlənməyib: “Lakin Tramp onları əczaçılıq sənayesinə şamil etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib”.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp digər ölkələrdən idxal olunan mallara “qarşılıqlı” tariflərin tətbiqi haqqında sərəncam imzalayıb. Nəticədə Çin indiyəqədərki ən yüksək tariflərdən birinə – cəmi 54%-ə çatıb. Bu, iki ölkə arasında ticarət müharibəsinin kəskin şəkildə artmasına səbəb oldu. Hazırda ABŞ-yə Çin ixracatçıları üçün rüsum 145%-ə çatıb, amerikalı tədarükçülər üçün isə 125%-dir.

Xəzər
“Cebheinfo.az”