İrəvandan Azərbaycana daha bir güzəşt?

Ermənistan hakimiyyəti Qarabağdakı ləğv edilmiş qondarma rejimin İrəvandakı nümayəndəliyinin bağlanması üçün informasiya bazası yaradır.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan açıqlama verib. Onun fikrincə, buna son günlər hökumət rəsmiləri tərəfindən Qarabağdan gedən ermənilərə qarşı səslənən sərt ritorika və nifrət nitqi kömək edir. Abramyan hesab edir ki, nümayəndəliyin bağlanması Azərbaycana güzəşt kimi onun xeyrinə istifadə etmək məqsədi daşıyır.
Müşfiq Abdulla
“Cebheinfo.az”