Tailandda iki ayrı bombalı hücum: Yaralananlar var

Tailandın cənubunda bombalı hücum çaxnaşması yaşanıb.
"Cebheinfo.az" xəbər verir ki, Narathivat əyalətində dünən yerli vaxtla saat 18:45-də baş verən və polis iqamətgahını hədəf alan ilk hücumda bomba yüklü avtomobilin partlaması nəticəsində hadisə yerindən keçən məktəb avtobusunda olan 8 polis əməkdaşı və 2 şagird yaralanıb.
Yaralılar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılıb. Polis qruplarının ilkin araşdırmaları nəticəsində hücumun lojanın qarşısında buraxılmış bomba yüklü avtomobillə edildiyi müəyyən edilib.
Partlayışdan saatlar sonra eyni əyalətdə baş verən başqa bir hücumda da mülki Buddistlərin təşkil etdiyi şam yeməyi hədəfə alınıb. Şahidlərin sözlərinə görə, üstü açıq yük maşını ilə hadisə yerinə gələn maskalı hücumçular axşam yeməyi yeyən dinc sakinlərə qumbaraatan və silahla hücum ediblər.
Hadisə zamanı aralarında qadınların da olduğu 7 nəfər yaralanıb, yaralılar sağlamlıq qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb.Hücumlardan sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
Tailand Hərbi Dəniz Qüvvələri general-leytenantı Paisal Noosang verdiyi açıqlamada hücumlarla bağlı araşdırmaların davam etdiyini bildirib və riskli bölgələrdə təhlükəsizlik tədbirlərinin artırılması üçün göstərişlər verib.
Nigar Hacılı
"Cebheinfo.az"