Daşqınlar 3 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində yağan güclü yağışlar daşqınlara səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər davam edən yağışlar nəticəsində ən azı 3 nəfərin həyatını itirdiyini bildirib.
Ən çox dağıntıların baş verdiyi Ramban şəhərindən 100-dən çox insan təxliyə edilib.
Yerli hökumət xilasetmə qruplarının ərazidə işlərini davam etdirdiyini bildirib.
Bölgədəki infrastrukturun seldən ciddi şəkildə zərər çəkdiyi açıqlanıb.
Onlarla evin dağıldığı, bir çox yolun su altında qaldığı deyilib.
"İndi prioritetimiz qapalı qalanları təhlükəsiz ərazilərə çatdırmaq və zərərin qiymətləndirilməsini tez bir zamanda başa çatdırmaqdır", - deyə Hindistan rəsmisi bildirib.
Fəlakətlə mübarizə qrupları, xüsusən də kənd yerlərində rabitənin kəsilməsi səbəbindən işlərini yerinə yetirməkdə çətinlik çəkirlər.
Nigar Hacılı
"Cebheinfo.az"