Argentina millisinin sabiq qapıçısı vəfat edib

Argentina millisinin sabiq qapıçısı Hüqo Qatti 80 yaşında vəfat edib.
"Report" AS-a istinadən xəbər verir ki, bir müddət əvvəl qəza keçirən veteran futbolçu omba nahiyəsindən əməliyyat olunmuşdu.
Ancaq sonradan infeksiya səbəbindən onun vəziyyəti ağırlaşmışdı.
Qeyd edək ki, Hüqo Qatti karyerası ərzində Argentinanın "Atlanta", "River Pleyt", "Gimnaziya", "Yunion Santa Fe" və "Boka Xuniors" klublarında çıxış edib. Argentina çempionatında 26 mövsüm keçirən H.Qatti 765 oyuna çıxıb. O, iki dəfə Libertadores Kubokunu və bir dəfə Qitələrarası Kuboku qazanıb. Sabiq qapıçı Argentina millisində 18 oyun keçirib.
"Cebheinfo.az"