Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini 20 % azaldıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində mənzil və kommunal təsərrüfatı xərcləri 52 % və yaxud 38,5 milyon manat icra olunub.
"Cebheinfo.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 % və yaxud 9,7 milyon manat azdır.
Hesabat dövründə ümumi mənzil və kommunal təsərrüfatı xərcləri faktiki xərclərin 0,5 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı xərcləri üçün 369,9 milyon manat nəzərdə tutulub.
"Cebheinfo.az"