Tramp: “Rusiya və Ukrayna razılığa....”

Tramp: “Rusiya və Ukrayna razılığa....”

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın arasındakı müharibə ilə bağlı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bu həftə iki ölkə arasında müharibəyə son qoymaq üçün razılığa gələcəyinə ümid etdiyini bildirib.

"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılaşma əldə edəcəklər. Onların hər ikisi inkişaf etməkdə olan Birləşmiş Ştatlarla böyük biznesə başlayacaq və sərvət qazanacaq", - Tramp deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"