Çin ABŞ Konqresinin üzvlərinə sanksiya tətbiq etdi

Çin ABŞ Konqresinin üzvlərinə sanksiya tətbiq etdi

Çin ABŞ Konqresinin üzvlərinə sanksiya tətbiq edir

ABŞ və Çin arasında sanksiyalar dalğası davam edir.

"Cebheinfo.az" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ABŞ-nin keçən ay altı Çin və Honq-Konq rəsmisinə tətbiq etdiyi sanksiyalara cavab olaraq bir neçə ABŞ konqresmeninə, hökumət rəsmilərinə və QHT rəhbərlərinə qarşı sanksiya tətbiq etdiyini bildirib.

Jiakun ABŞ-nin sanksiyalarını "qətiyyətlə qınadıqlarını" ifadə edərək, "ABŞ-nin Honq-Konq məsələsində atdığı hər hansı yanlış addım Çin tərəfindən qəti və qarşılıqlı cavabla qarşılanacaq" deyib.

Jiakun sanksiyalara məruz qalan ABŞ rəsmilərinin sayı ilə bağlı dəqiq açıqlama verməyib.

Birləşmiş Ştatlar keçən ay Çinin öhdəliklərini pozaraq Honq-Konqun muxtariyyətini daha da sarsıtmaq təhlükəsi yaradan hərəkət və siyasətlərə görə altı şəxsə sanksiya tətbiq etdiyini açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"