Azərbaycanda meyvə şirəsi istehsalı cüzi artıb

Azərbaycanda meyvə şirəsi istehsalı cüzi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 milyon 91 min dekalitr meyvə şirəsi istehsal edilib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çoxdur.

Bundan başqa, hesabat dövrünə Azərbaycanda 41 min 684,7 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 15,8 % çoxdur.

Aprelin 1-nə ölkədə 881,9 min dekalitr meyvə şirəsi ehtiyatı, 19 min 478,4 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 14,4 % və 15,7 % çoxdur.

Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.

"Cebheinfo.az"