Rəşad Dağlının ad gününü qeyd etdilər - VİDEO

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının övladları Yusif və Betül "Tarixin bir günü" verilişinə qatılıblar.
"Cebheinfo.az" Axşam.az xəbər verir ki, proqramda meyxanaçılar da yer alıblar. Onlar meyxanaçının ad gününü qeyd ediblər.
İfaçının oğlu "Atamı çox sevirəm. Bizi izləyir, səni çox sevirəm. Uzun ömür, can sağlığı diləyirəm. İnşallah, gələn il bu tortu bir yerdə kəsərik" deyə, söyləyib.
Qeyd edək ki, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Axşam.az)
"Cebheinfo.az"