Bundesliqa çempionu komandasından ayrılacağını açıqlayıb

Almaniyanın "Bayer 04" klubunun futbolçusu Conatan Ta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, 29 yaşlı müdafiəçi bu barədə "Kicker"ə açıqlamasında bildirib.
O, məsələ ilə bağlı rəhbərliyin məlumatlı olduğunu söyləyib:
"Müqaviləmi yeniləməməyə və burada qalmamağa qərar verdim. Bu barədə açıq danışdım".
Qeyd edək ki, 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edən oyunçu ötən mövsüm komanda ilə Bundesliqada çempion olub. O, cari mövsüm bütün turnirlərdə "Bayer 04" forması ilə 45 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"