Bir ailə dəm qazından məhv oldu: Ata, ana, 2 övlad...

Bir ailə dəm qazından məhv oldu: Ata, ana, 2 övlad...

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sərəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.

"Cebheinfo.az"