Tramp: “Dünya liderləri məndən xahiş edirlər ki...”

Tramp: “Dünya liderləri məndən xahiş edirlər ki...”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, bir çox dünya liderləri və iş adamları Vaşinqtondan gömrük rüsumlarını azaltmağı xahiş edirlər. 

“Cebhenfo.az” xəbər verir ki, o, bunu bazar günü özünün "Truth Social" sosial şəbəkəsində dərc edib.

“Bizim Qurtuluş Günü elan etdiyimiz vaxtdan bəri bir çox dünya liderləri və biznes liderləri mənə müraciət edərək tariflərin azaldılmasını xahiş etdilər”, - deyə Tramp yazıb və keçmiş səhvləri “düzəltməli olduqlarını” qeyd edib.

Prezident bildirib ki, Birləşmiş Ştatlar "sərvətimizi bərpa etməyə" və ticarət əlaqələrində "əsl qarşılıqlılıq yaratmağa" ümid edir.

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Rusiya bu siyahıda yoxdur. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib.

Eyni zamanda, aprelin 9-da Tramp bir sıra ölkə və ərazilərə münasibətdə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib.

Ağ Ev izah etdi ki, fasilə ticarət danışıqları ilə bağlıdır. Bu müddət ərzində 10 % universal tarif tətbiq olunacaq.

ABŞ Prezidenti Çin məhsullarına rüsumları 125%-ə qaldırıb.

Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-yə fentanil qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyi iddiası ilə əvvəllər tətbiq edilmiş 20 % tarifi ilə Çindən gələn malların ümumi tarifi indi 145 %-ə çatır.

Xəzər
“Cebheinfo.az”