Sumqayıtda zəncirvari qəza: Xəsarət alanların son vəziyyəti açıqlandı

Sumqayıtda zəncirvari qəza: Xəsarət alanların son vəziyyəti açıqlandı

Sumqayıt şəhərində gecə saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə aprelin 21-i, saat 00:40-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi cinsli) hospitalizasiya olunub.

"Hər iki baldırın əziyi, baldırın sıyrıntısı diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü və onurğanın sol hissəsinin əziyi, ənsə nahiyəsinin yumşaq toxumasının əziyi diaqnozları təyin edilən 1999-cu il təvəllüdlü şəxslərə xəstəxananın Təcili tibbi yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.

08:10

Sumqayıt şəhərində gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza şəhərin əsas yollarından biri olan Sülh prospektində qeydə alınıb.

Hadisə zamanı KIA, "Renault" və "Nissan" markalı avtomobillər bir-birinə çırpılıb.

Məlumata görə, qəza təxminən saat 23:30-da baş verib, nəticədə xəsarət alanlar olub və avtomobillərə ciddi maddi ziyan dəyib.

Hadisə şahidlərinin bildirdiklərinə görə, qəzaya səbəb sürücülərin ara məsafəsini düzgün seçməmələri olub.

"Cebheinfo.az"