Fransada həbsxanalara hücum edilib

Fransanın ədliyyə naziri Cerald Darmanin həbsxanalara qarşı yeni hücumları açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Fransanın ədliyyə naziri Gerald Darmanin “X” hesabında etdiyi paylaşımda "həbsxana işçilərinin yenidən hücumlarla hədəf alındığını" bildirib.
Darmanin hücumlarda heç kimin xəsarət almadığını, lakin "həbsxanalarda nizam və hakimiyyətin bərpa olunduğu bir dövrdə" həyata keçirilən bu hücumların dövləti "alçaltmaq" xarakteri daşıdığını vurğulayaraq, cinayətkarların tez bir zamanda tutulmasını istəyib.
"Mən bilirəm ki, Daxili İşlər Nazirliyinin cinayətkarları tez bir zamanda tutmaq və bu qarışıqlığa son qoymaq əzminə arxalana bilərəm", - deyə Darmani əlavə edib.
Xatırladaq ki, 14-16 apreldə Fransanın Toulon, Marsel və Luynes kimi müxtəlif şəhərlərində həbsxanalara hücumlar həyata keçirilib və məsələ ilə bağlı araşdırma başlayıb.
Darmanin nəqliyyat vasitələrinin yandırılmasından tutmuş avtomatik silahlarla atəş açılmasına qədər uzanan "təhdid cəhdləri"ndən geri çəkilməyəcəklərini bildirib və hücumları "terror aktı" kimi qiymətləndirib.
Nigar Hacılı
"Cebheinfo.az"