ABŞ Yəmənə yenidən hava zərbələri endirib

ABŞ Yəmənin paytaxtı Sənaya bir sıra hava zərbələri endirib.
"Cebheinfo.az" xəbər verir ki, Yəməndə husilərə məxsus “Əl-Məsirə” telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri Sənanın müxtəlif hissələrini hədəfə alıb.
Hədəfə alınan ərazilər isə Attan, Əsr rayonları və Şuud rayonundakı Fərvə məhəlləsi, eləcə də bazarı daxildir.
Hücumlarda 12 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilib.
Uçmuş binaların dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər dünən ABŞ-nin Yəməndə quru əməliyyatı keçirməyə hazırlaşdığını iddia etmişdilər.
Nigar Hacılı
"Cebheinfo.az