Epilepsiyası tutan 37 yaşlı kişi dayaz suda boğuldu

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Ərəbxana kənd sakini 1988-ci il təvəllüdlü Seyran Malayev suda boğularaq ölüb.
Bildirilir ki, Seyran yaşadığı evin yaxınlığında olarkən epilepsiyası tutub. Qıcolma keçirən şəxs ağzıüstə yolun kənarındakı su kanalına düşüb.
Kanaldakı suyun hündürlüyü 40-50 santimetr olsa da, S.Malayev çevrilə və ya ayağa qalxa bilməyərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"