Qarabağdan köçən ermənilər mitinq aləti olur

Qarabağdan köçən ermənilər mitinq aləti olur

“Müxalifət ermənilərin “Dağlıq Qarabağ”ı tərk etməsi üçün hər şeyi etdi”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vahe Aleksanyan jurnalistlərə açıqlamasında belə deyib. 

“Onlar hər şeyi etdilər ki, insanlar “Dağlıq Qarabağ”ı tərk etsinlər, sonra da “Dağlıq Qarabağ”dan olan qardaş və bacılarımızdan mitinqlər üçün material kimi istifadə etməyə çalışsınlar. Biz buna imkan verməyəcəyik”,-deyə deputat əlavə edib. Aleksanyanın sözlərinə görə, Qarabağdan köçən ermənilərin özləri də müxalifətin onlardan istifadə etməsinə imkan vermir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”