Peskov Putinin şərtlərini açıqladı

Peskov Putinin şərtlərini açıqladı

“Pasxa atəşkəsi Rusiya Prezident Putinin təşəbbüsü idi”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki,Ukrayna NATO-nun üzvü olmamalıdır:

“Bu, Rusiyanın maraqlarına təhlükə yaradar”.

Peskov bildirib ki, Kreml müxtəlif səviyyələrdə Vaşinqtonun Ukraynanın NATO-ya üzvlüyünün qeyri-mümkün olduğuna dair bəyanatlarını dinləyib və bu, Moskvanın mövqeyi ilə üst-üstə düşür:

“Rusiya və ABŞ Ukrayna məsələsi üzərində işləyir, Moskva bunun nəticə verəcəyinə ümid edir”.

O xatırladıb ki, Rusiya Ukrayna probleminin sülh yolu ilə həllinə açıqdır:

“Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli yollarının axtarışı ictimai arenada baş tuta bilməz. İnformasiya sızmalarına ehtiyatla yanaşmaq lazımdır”.

Xəzər
“Cebheinfo.az”