Bu il Azərbaycanda narkotiklə bağlı 28 əcnəbi saxlanılıb

Bu il Azərbaycanda narkotiklə bağlı 28 əcnəbi saxlanılıb

Bu ilin yanvar-mart aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1068 nəfər cəlb edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 18 yaş-1 nəfər, 18-25 yaşadək 68 nəfər, 26 - 29 yaşadək 175 nəfər, 30 yaş və ondan yuxarı isə 824 nəfər təşkil edir. Həmin şəxslərdən 1034-ü kişi, 34-ü qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 28 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 5-i Rusiya, 4-ü Gürcüstan, 5-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 329 kq 497,152 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 58 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 711 kq 912,182 qr və 2174 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 56 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 581q 214,033 maddə müsadirə edilib.

415 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 496 kq 971,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

"Cebheinfo.az"