Roma Papası öldü

Roma Papası Fransisk vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı Vatikan administrasiyasına istinadən “Reuters” yayıb.
Qeyd edək ki, 88 yaşlı Papa 2013-cü ilin martından bu vəzifədə idi.
Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl, aprelin 20-də baş vermişdi.
O zaman Papa Pasxa müraciəti ilə çıxış etmişdi.
Müraciətində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ümidini də ifadə etmişdi.
Bununla yanaşı, Papanın ənənəvi Pasxa mərasimlərində iştirak etməməsi onn səhhəti ilə bağlı narahatlığı dünəndən daha da aktuallaşdırmışdı.
Xəzər
"Cebheinfo.az"