Mikayıl Cabbarovun müşaviri istefa verdi

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev vəzifəsindən azad edilib.
"Cebheinfo.az" xəbər verir ki, o, öz xahişi ilə işdən azad edilib.
Qeyd edək ki, H.Əliyev bundan öncə Vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, Təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.
"Cebheinfo.az"