Qızılın qiyməti tarixi maksimumda

Qızılın qiyməti tarixi maksimumda

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib.

"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,98% artaraq 3 394,31 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,22% artaraq 32,868 ABŞ dollarına bərabər olub.

"Cebheinfo.az"