44 yaşlı qadının ölümündən sonra: Liftlərə qadağa gəldi-FOTO

44 yaşlı qadının ölümündən sonra: Liftlərə qadağa gəldi-FOTO

Bakıdakı liftlərin keyfiyyəti zaman-zaman müzakirə predmetinə çevrilir.

Son olaraq Biləcəri qəsəbəsində 44 yaşlı qadının liftə minmək istərkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. O, liftlə bina arasında qalaraq ciddi xəsarət alb və yerindəcə vəfat edib. 

Bundan sonra isə bəzi binalarda liftlərin müəyyən zamanlarda fəaliyyət göstərəcəyi iddia olunub. 

“Cebhe.info”-ya daxil olan məlumata görə, bəzi binaların komendantları sakinlərə Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən liftlərin axşam saat 23:00-dan səhər saat 07:00-a qədər işləməməsi barədə qərar verdiyini deyib. Bu isə sakinlərin narazılığına səbəb olub. Məsələ ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun baş mühəndisi Mehdi Hüseynov “Cebhe.info”-ya açıqlamasında yayılan iddiaları təkzib edib:

“Bu, səhv məlumatdır. Bizim elə bir səlahiyyətimiz yoxdur. Biz sadəcə lift xidməti göstəririk, saatla bağlı hansısa məhdudiyyət tətbiq etmirik”. 

Aslan 
“Cebhe.info”