45 yaşlı kişini maşın vurub öldürdü

Xaçmazda ağır yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, S.Musayev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə rayonun Niyazoba kəndi ərazisində 1980-ci il təvəllüdlü Əzizov Ağaşərif Eyvaz oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Fakt üzrə Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
"Cebheinfo.az"