İldırım 8 nəfəri öldürüb

Bu gün səhər Hindistanın şərqindəki Bihar ştatında güclü yağışlar nəticəsində iki rayona ildırım düşüb.
"Cebheinfo.az" xəbər verir ki, Hindistanın Bihar ştatında leysan yağışlarında ildırım vurması nəticəsində 8 nəfər həlak olub.
Tarlada işləyən bu insanlar qəfil və güclü yağış zamanı ildırım vurması nəticəsində həyatını itirib. Hadisədən sonra yaralılar xəstəxanaya aparılıblar.
Nigar Hacılı
"Cebheinfo.az"