Suqovuşanda faciə: 3 yaşlı uşaq öldü

Ağdərə rayonunun Suqovuşan kəndində azyaşlı yaşadığı binanın eyvanından yıxılaraq ölüb.
"Cebheinfo.az" report-a istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü Ağazadə Ömər Elməddin oğlu binanın 5-ci mərtəbəsində oynayarkən eyvandan yıxılıb.
Azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.
"Cebheinfo.az"