Əməliyyat olunan millət vəkilinin vəziyyəti AÇIQLANDI

Əməliyyat olunan millət vəkilinin vəziyyəti AÇIQLANDI

Türkiyənin Xalqların Demokratik və Bərabərlik Partiyasının (DEM) infarkt keçirən deputatı Sırrı Sürəyya Öndərin vəziyyəti barədə yeni məlumat verilib.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçinin əməliyyat olunduğu xəstəxana onun vəziyyətinin hələ də kritik olduğunu açıqlayıb.

“Xəstəmiz Sırrı Sürəyya Öndərin reanimasiya müalicəsi davam edir. Onun sağlamlıq vəziyyəti eynidir. Xəstəmizin həyati təhlükəsi yüksək riskli olaraq qalmaqdadır”, - deyə açıqlamada qeyd olunub.

Həmçinin, səhiyyə naziri Kamal Məmişoğlu da millət vəkilinin vəziyyətində ciddi bir dəyişiklik olmadığını, lakin onun indiyə qədər apardığı mübarizənin ümid verdiyini deyib:

“O, uzun müddət reanimasiyada aparata bağlanaraq mübarizə aparır. Hamınızdan, bütün Türkiyədən belə pozitiv bir insanın yenidən aramıza qatılması üçün dualar gözləyirik”.

Elmir Mustafa
“Cebheinfo.az”