İrandan “F-35”-lərlə bağlı ŞOK İDDİA

ABŞ-nin “F-35” qırıcıları təyyarələri ilə bağlı şok iddia yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, İran “Bavar-373” sistemi ilə “F-35” qırıcı təyyarələrini uzaq məsafədən müəyyən edə bildiklərini açıqlayıb.
Bildirilib ki, sözügedən sistem 300 kilometr mənzilə sahib və yüksək radar həssaslığına sahibdir.
Rəsmi Tehran radarların görünməzliyinə meydan oxuyan hava hücumundan müdafiə sistemi hazırladığını iddia edir.
Məhz “L” diapazonlu radarlar az görünən təyyarələrin zəif nöqtəsi ola bilər.
Əslində, “F-35” “X” diapazonlu radarlar üçün faktiki olaraq görünməzdir. Lakin İranın istifadə etdiyini önə sürdüyü sistem “L” diapazonlu radarlarla daha uzun dalğa uzunluqlarına malikdir və gizli örtükləri daha asanlıqla poza bilir.
Bu yolla da “F-35”-in aşkarlanması nəzəri cəhətdən mümkün olur. Həmçinin, İran bu sistemlə 300 kilometr uzaqdakı hədəfi vura bildiyini də bəyan edir.
Qeyd edək ki, son zamanlarda ABŞ tərəfindən Türkiyəyə də “F-35” qırıcı təyyarələrinin təhvil veriləcəyi deyilir.
Elmir
“Cebheinfo.az”