Müğənni Kərimin ölkədən çıxışına qoyulan qadağa aradan götürüldü

Müğənni Kərim Abbasovun ölkədən çıxışına qoyulan "stop" aradan qaldırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə müğənni öz "Instagram" hesabında paylaşım edib.
Kərim hava limanından görüntü yayımlayaraq Rusiyaya getdiyini göstərib. "Gedək, tur ataq, beynimiz dincəlsin. Daha yerdə gəzmək bəsdir", - deyə o bildirib.
Qeyd edək ki, müğənni Kərim Abbasovun ötən ilin sentyabrında toy məclislərindən birində döyülməsi xəbəri ilə gündəmə gəlib. Onun fonoqram oxuduğu üçün toyda olan qonaqlar tərəfindən döyüldüyü iddia olunub. Barmağı zədələnən ifaçıdan qarşı tərəf də polisə şikayət edib.
Daha sonra o, verilişlərdən birində ölkədən çıxışına "stop" qoyulduğunu bildirib.
"Cebheinfo.az"