Xameneyi Putinə məktubunda nə yazıb?

İranın ali dini lideri Əli Xameneyinin Rusiya Prezidenti Vladimir Putinə müraciəti dünyada baş verən son hadisələrə, eləcə də Moskva ilə Tehran arasında münasibətlərin inkişafına həsr olunub.
“Cebehinfo.az” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Rusiyada jurnalistlərə bildirib.
“Bu mesaj son mühüm dünya hadisələrini, regionda baş verən hadisələri, eləcə də ikitərəfli münasibətlərə dair məsələləri əhatə edir”, - deyə o, məktubun məzmunu ilə bağlı sualı cavablandırıb.
Bundan əvvəl Abbas Əraqçinin Rusiyaya səfəri və Vladimir Putinlə gözlənilən görüşü məlum olub.
Həmsöhbətlərin İran və ABŞ arasında danışıqlar məsələsi ilə bağlı məsləhətləşmələr aparacağı da bildirilib.
Xəzər
“Cebheinfo.az”