Katz: “Biz ələ keçirdiyimiz ərazilərdən çıxmırıq”

Katz: “Biz ələ keçirdiyimiz ərazilərdən çıxmırıq”

“İsrail Müdafiə Qüvvələri qeyri-müəyyən müddətə Qəzza, Livan və Suriyada təhlükəsizlik zonalarında qalacaqlar”.

"Cebheinfo.az" xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib. ABŞ mediası bu bəyanatın HƏMAS ilə atəşkəs və girov mübadiləsi danışıqlarını daha da çətinləşdirə biləcəyini yazıb.“İsrail Müdafiə Qüvvələri qeyri-müəyyən müddətə Qəzza, Livan və Suriyada təhlükəsizlik zonalarında qalacaqlar. Əvvəlki əməliyyatlardan fərqli olaraq, (İsrail ordusu) təmizlənmiş və ələ keçirilən əraziləri tərk etmir”, - müdafiə naziri bildirib.

İsrail ordusu keçən ay atəşkəsi dayandırdıqdan sonra HƏMAS-a təzyiqi artırmaq cəhdi ilə Qəzzanın yarıdan çoxuna nəzarəti bərpa edib.İsrail keçən il “Hizbullah”la atəşkəsə baxmayaraq, Livandakı bəzi bölgələrdən çəkilməkdən imtina edib.Dekabrda Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra Suriyanın cənubunda bufer zonanı da ələ keçirib.

Nigar Hacılı 
"Cebheinfo.az"