U-17 Liqasında 870 cüdoçu mübarizə aparacaq

U-17 Liqasında 870 cüdoçu mübarizə aparacaq

Azərbaycanda keçiriləcək 17 yaşadək yeniyetmələr arasında liqa yarışında 16 çəki dərəcəsində 870 cüdoçu (690 oğlan, 180 qız) mübarizə aparacaq.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 101 klub və idman cəmiyyətinin təmsilçiləri çıxış edəcəklər. I tur aprelin 21-22-də gerçəkləşəcək.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

"Cebheinfo.az"